
I Liqanın 9-cu turunda “ASCO Arena”da keçirilən “Səbail” – “Cəbrayıl” matçından sonra klubun İdarə Heyətinin iclası baş tutub.
Sport1.az xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, komandanın məşqçi heyəti də iştirak edib. Mövsümün əvvəlindən indiyədək olan nəticələr müzakirə olunub, oyunlarda diqqət çəkən müsbət və mənfi məqamlar dəyərləndirilib.
İclas zamanı baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Görüşün sonunda onun istəyinə əsasən, baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.