"Hapoel" (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah"la cavab matçından öncə məskunlaşdığı hoteldə dini ayinlər icra edib.
Sport1.az xəbər verir ki, İsrail təmsilçisinin baş məşqçisi Ran Kozux da bu prosesdə yer alıb.
Mütəxəssis mərasim zamanı bu sözləri dilə gətirib:
"Komandamız əvvəllər 2 dəfə şansını qaçırıb. Bu dəfə tarix yazmaq üçün imkanımız var. İnanıram ki, Tanrının köməyi ilə bunu bacaracağıq".
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" (Beer Şeva) oyunu saat 20:45-də start götürəcək.
