son dəqiqə SON DƏQİQƏ

Tural Cəlilovu Şimal derbisində nə təəccübləndirib? – AÇIQLAMA

Bölmə adı I Liqa
Yayımlandı 19-11-2025, 15:25

I Liqada 7-ci turunda "Şahdağ Qusar" "Şimalı" 4:2 hesabı ilə məğlub etmişdi.

Matçla bağlı fikirlərini öyrənmək üçün xaçmazlıların oynayan məşqçisi Tural Cəlilovla əlaqə saxladıq. 

Gənc mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:

“Bölgə olaraq “Şahdağ Qusar” bizə yaxın komandadır. Artıq onlarla bir dəfə kubok matçında da qarşılaşdığımızdan, güclü-zəif tərəflərini bilirdik. Görüşə yaxşı basladıq, hesabı da biz açdıq. Bu üstünlüyümüzü ilk yarıda qoruya bilmədik. Fasiləyə heç-heçə ilə yollandıq. Amma ikinci hissədə yenə qol vuraraq irəli çıxdıq. 81-ci dəqiqəyə kimi yaxşı oynadıq. Amma fərdi səhvlərimizdən dolayı matçın sonlarında 3 qol buraxaraq qələbəni əldən verdik. Belə nəticə gözləmirdik. Səhvlərimizdən nəticə çıxarıb, qarşıdakı oyunlara hazırlaşacağıq”. 

MİRZƏ S.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR