Qadın hakimimiz Avropa çempionatının oyununda

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 31-03-2025, 21:08

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.

Sport1.az xəbər verir ki, F.Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

O, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.

Müəllif: Sport1.az