"Yuxarı pillələrə qalxmaq istəyiriksə..." - Elvin Camalov

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-03-2025, 10:33

Misli Premyer Liqasının 28-ci turunda "Neftçi"-"Araz-Naxçıvan" ilə heç-heçə etdi - 1:1.

Oyundan sonra "ağ qaralar"ın yarımmüdafiəçisi Elvin Camalov görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Bilirdik ki, oyun gərgin keçəcək. Meydana qalub gəlmək üçün çıxmışdıq. Yaxşı şanslarımız da oldu. Əlimizə düşən fürsətlərdən stifadə edə bilmədik".

"Neftçi"nın üzvü görüşdə çoxlu qol imkanlarını qaçırdıqlarını bildirdi:

"İki xal itirdik. Çünki bu oyun bizim üçün çox vacib idi. Yuxarı pilləyə qalxmaq istəyirksə, yalnız 3 xalı düşünməliyik. Matça qələbə qazanmaq üçün çıxmışdıq. Fürsətlərdən yararlana bilsəydik, 3 xalı qazana bilərdik".

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR