Qazaxıstanda keçirilən təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək. Sport1.az xəbər verir ki, Siyasət Əsgərovun başçılığıyla yığmamız Qazaxıstanla üz-üzə gələcək.
Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.