son dəqiqə SON DƏQİQƏ

Millət vəkili klub prezidenti görüşdü, komandanın problemləri ilə maraqlandı

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 16-10-2025, 14:51

I Liqada 5-ci turun oyunları keçirilir.

Sport1.az xəbər verir ki, Ağsuda "Difai" "Şahdağ Qusar"ı qəbul edir.

Oyunu izləyənlər arasında millət vəkili Elçin Mirzəbəyli də var.

Ağsunun deputatı qarşılaşmadan öncə klub prezidenti Asəf Məlikovla görüşüblər. Elçin bəy "Difai"nin rəsmisi ilə "fədailər"in gələcəyi və inkişafı istiqamətdə müzakirələr edib.

Millət vəkili doğma rayonunun komandasına "Şahdağ Qusar"la oyunda və I Liqada uğurlar arzu edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR