"Fənərbağça" müdafiəsini möhkəmləndirmək istəyir.Sport1.az xəbər verir ki, "sarı-lacivərtlilər" mövsümün sonu "Barselona" ilə müqaviləsi başa çatan Andres Kristenseni heyətinə qatmaq niyyətindədir.
İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko Çağlar Söyüncü, Bekayo və Osterveldeni yetərsiz hesab edir. bu səbəbdən də müdafiənin mərkəzinə yeni oyunçu transfer edilməsini istəyir.
Super Liqa təmsilçisi 29 yaşlı müdafiəçini yayda azad agent kimi transfer etmək istəmir. Klub rəhbərliyi qışda ucuz qiymətə almağı üstün tutur.
Qeyd edək ki, Kristensen bu mövsüm "Barselona" forması ilə 8 oyuna çıxıb.