"Kəpəz" klubu yeni transferini açıqlayıb. Sport1.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı keniyalı müdafiəçi Conston Omurva ilə mövsümün sonunadək müqavilə imzalanıb. Oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.