son dəqiqə SON DƏQİQƏ

Xaçanov və Medvedev ATP-250 turnirində ikinci turdan çıxış edəcək

Bölmə adı Tennis
Yayımlandı 12-10-2025, 18:24

Oktyabrın 13-dən 19-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək ATP-250 turnirinin əsas püşkatma mərasimi başa çatıb.

Sport1.az xəbər verir ki, turnirdə iki rusiyalı tennisçi – Karen Xaçanov (birinci sıra) və Daniil Medvedev (ikinci sıra) mübarizə aparacaq. Hər ikisi birinci raunddan keçəcək və yarışa ikinci turdan başlayacaq.

Potensial dörddəbir final cütlükləri:

Karen Xaçanov (Rusiya, 1) – Korentin Moutet (Fransa, 8)

Luçano Darderi (İtaliya, 4) – Aleks Mişelsen (ABŞ, 6)

Qabriel Diallo (Kanada, 7) – Flavio Kobolli (İtaliya, 3)

Brendon Nakaşima (ABŞ, 5) – Daniil Medvedev (Rusiya, 2)


Qeyd edək ki, Almatıda keçirilən turnirin hazırkı çempionu Karen Xaçanovdur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR