son dəqiqə SON DƏQİQƏ

Vaşero tarix yazdı — Cokoviçi məğlub edərək “Masters” finalına yüksəldi

Bölmə adı Tennis
Yayımlandı 11-10-2025, 17:43

Dünya reytinqində 204-cü yerdə qərarlaşan monakolu Valentin Vaşero Çinin Şanxay şəhərində keçirilən “Masters” turnirinin finalına yüksəlməklə unikal bir uğura imza atıb.

Sport1.az xəbər verir ki, o, yarımfinalda 24 qat “Böyük Dəbilqə” çempionu, serbiyalı Novak Cokoviçi 6:3, 6:4 hesabı ilə məğlub edib.

26 yaşlı Vaşero bununla da tarixdə ən aşağı reytinqli “Masters” finalçısı olub. Qeyd edək ki, bu kateqoriyalı turnir 1990-cı ildən keçirilir.

Əvvəllər “Masters” finalına çıxan ən aşağı reytinqli tennisçi rumıniyalı Andrey Pavel idi (191-ci yer). Bu kateqoriyada ən aşağı reytinqli çempion isə xorvatiyalı Borna Koriçdir (152-ci yer).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR