son dəqiqə SON DƏQİQƏ

"Səbail" braziliyalı futbolçu transfer etdi

Bölmə adı I Liqa
Yayımlandı 30-09-2025, 17:12

“Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb.

Sport1.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Mərakeşin “Raja Beni Mellal” klubunda çıxış etmiş 25 yaşlı braziliyalı yarımmüdafiəçi Paulo Rikardo (Paulinho) ilə 1 illik müqavilə imzalanıb.

Müəllif: Sport1.az