son dəqiqə SON DƏQİQƏ

Millimizin üzvü çempion olacağına inanır - AÇIQLAMA

Bölmə adı Tennis
Yayımlandı 27-09-2025, 16:58

Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.

Sport1.az xəbər verir ki, Azərbaycanın stolüstü tennisçisi Mərziyə Nurmətovaqızlar arasında fərdi yarışların yarımfinalında özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəldi.

İdmançımız uğuru barədə açıqlamasında bunları söylədi:

"Ev sahibi olduğumuz üçün həyəcanlı idim. Qarşıma finala çıxmaq məqsədi qoymuşdum və hədəfimə çatdım. Komanda yarışında da ikinci olduq. Sabah finalda oynayacağam. İnanıram ki, qızıl medal qazanacağam".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR