son dəqiqə SON DƏQİQƏ

Azərbaycanlı idmançı MDB Oyunlarında finala yüksəldi

Bölmə adı Tennis
Yayımlandı 27-09-2025, 16:28

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə fərdi yarışlara start verilib.

Sport1.az xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda təmsilçilərimizdən qızlar arasında Yağmur Məmmədli və Mərziyə Nurmətova qüvvələrini sınayıblar.

Onlar yarımfinalda müvafiq olaraq, Amina İlımbetova (Rusiya) və Məftunə Qulimova (Özbəkistan) qarşılaşıblar.

Rəqibini hər üç setdə məğlub edən M. Nurmətova finala yüksəlib. Y. Məmmədli isə 3:1 hesabı ilə məğlub olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR