son dəqiqə SON DƏQİQƏ

Paytaxt təmsilçisi baza və stadion tikmək üçün yer tapdı - ÖZƏL

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 23-09-2025, 13:34

I Liqanın əsas favoritlərindən olan “Şəfa” yeni layihə həyata keçirməyi niyyətindədir.

Sport1.az-a daxil olan məlumata görə, Bakı təmsilçisi özünə stadion və baza tikmək niyyətindədir. Klub Maştağa Olimpiya Kompleksini uzunmüddətli icarəyə götürmək istəyir.

Bakılılar bu istiqamətdə danışıqları davam etdirirlər.

Qeyd edək ki, "ASK Arena"da təmir işləri getdiyindən "Şəfa" ev oyunlarını Binə stadionunda keçirir.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR