Bu il II Liqada çempionluğa iddialı komandalar sırasında “Şəki” də yer alır. Bölgə təmsilçisi heyətini gücləndirərək elita təcrübəsinə malik futbolçuları da transfer edib.Komandanın prezidenti Elgün Hüseynov
Sport1.az-a açıqlamasında bunları dedi:
“Sponsorumuz olmadığından ötən mövsüm çox çətinliklərlə üzləşdik və əsas məqsədimiz II Liqada mövqeyimizi qorumaq idi. Bu il də Region Liqasına düşməmək üçün mübarizə aparacaqdıq. Ancaq klubumuzun sponsor müqaviləsi imzalaması həm problemlərimizi aradan qaldırdı, həm də hədəflərimizi dəyişdi. Artıq əsas məqsədimiz çempionluqdur. Minimum isə ilk “3-lük”də yer almağı hədəfləyirik”.Elgün Hüseynov sponsor dəstəyi ilə klub rəhbərliyində dəyişiklik olub-olmayacağı məsələsinə də aydınlıq gətirdi:
“Sponsorla bir çox məsələləri, xüsusən maliyyə xərclərini qarşılıqlı şəkildə həll edirik. Amma bu, o demək deyil ki, bizə dəstək göstərənlər klubun rəhbərliyinə müdaxilə edəcəklər. Mən prezident postundayam və gələcəkdə də belə davam edəcək”.Mirzə S.