Yeni mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq "Zaqatala" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport1.az xəbər verir ki, klub Bahadur Quliyevin transferini rəsmiləşdirib. O, son olaraq "Neftçi-2" komandasında çıxış edib.