son dəqiqə SON DƏQİQƏ

“Şəfa” “Traxtor”un sabiq üzvünü transfer etdi - ÖZƏL

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 15-08-2025, 10:12

2025/26 mövsümündən Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sport1.az-a daxil olan məlumata görə, 21 yaşlı hücumçu Əmir İbrahimzadə karyerasını paytaxt təmsilçisində davam etdirəcək. Gənc forvard klubla 1 illik müqavilə imzalayıb.

Əmir “Traxtor”un aşağı yaş qruplarında və əsas komandasında çıxış edib. Son olaraq “Alüminium Ərak” klubunun formasını geyinən futbolçu cənubi azərbaycanlı “Şəfa”da aylıq 3 min 500 manat qazanacaq.

Qeyd edək ki, forvardın peşəkar karyerasında 7 oyuna çıxıb. Onun hesabında 7 qol vurub.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR