son dəqiqə SON DƏQİQƏ

I Liqa klubu sabiq futbolçusunu geri qaytardı

Bölmə adı I Liqa
Yayımlandı 11-08-2025, 22:30

Növbəti mövsümə hazırlıqlarını davam etdirən I Liqa təmsilçisi "Difai" daha bir transfer gerçəkləşdirib.

Sport1.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Ağsu təmsilçisi son olaraq "Araz Naxçıvan" formasını geyinən və ondan əvvəl "Difai"də çıxış edən Bayraməli Qurbanovu heyətinə qatıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu "Difai" və "Araz-Naxçıvan"dan başqa "Səbail-2"nin də formasını daşıyıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR