son dəqiqə SON DƏQİQƏ

Millimizin sabiq üzvü "Səbail"də

Bölmə adı I Liqa
Yayımlandı 11-08-2025, 16:19

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq "Səbail" heyətinə yeni qapıçı cəlb edib.

Sport1.az xəbər verir ki, Bayıl təmsilçisi Rəşad Əzizlini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiperlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan milli komandasına da dəvət almış Rəşad Əzizlinin son klubu "Sumqayıt" olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR