son dəqiqə SON DƏQİQƏ

I Liqa klubunda daha 2 ayrılıq

Bölmə adı I Liqa
Yayımlandı 31-07-2025, 16:32

"Difai" daha iki futbolçusu ilə yollarını ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi Murad Şirinov və Seymur Rəhimovla vidalaşıb.

Qeyd edək ki, "Difai" bunadək Ceyhun Muxtarlı, Ömər Məmmədzadə, Rəvan Əvəzov, Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənovla da yollarını ayırıb.

Müəllif: Sport1.az