son dəqiqə SON DƏQİQƏ

"I Liqaya vəsiqə qazanmağı qarşımıza hədəf qoymuşuq" - Klub prezidenti

Bölmə adı II Liqa
Yayımlandı 27-05-2025, 23:55

Sabah 2025/26 mövsümündə I Liqada çıxış edəcək sonuncu komandanın adı bəlli olacaq.

Sport1.az xəbər verir ki, pley-off matçında "Difai" ilə "Hypers Quba" üz-üzə gələcək.

Görəsən, Quba təmsilçisi qarşılaşmaya necə hazırlaşır? Şimallılar I Liqaya yüksələ biləcəklər?

Suallarımızı klubun prezidenti Ayaz Abdullayevə ünvanladıq. "Hypers Quba"nın rəhbəri Sport1.az-a açıqlamasında bunları söylədi:

“Sabahkı oyuna maksimum gücümüzlə hazırlaşmışıq. Startdan final fitinə kimi qələbə uğrunda döyüşüb, I liqaya vəsiqə qazanmağı qarşımıza hədəf qoymuşuq. Məqsədimizə nail olmasaq da, bunu faciəyə çevirməyəcək. Növbəti mövsüm II Liqada çempionluq üçün çalışacağıq".

Ayaz Abdullayev fanatlarının oyuna böyük marağı olduğunu bildirdi:

"Çempionat oyunlarımızda qubalı azarkeşlərimiz bizi tək qoymayıblar. İnanıram ki, “Difai Ağsu”yla qarşılaşmada da fanatlarımız tribunada yerlərini tutacaq. Onlar 12-ci oyunçu kimi dəstəyini əsirgəməyəcəklər”.

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR