SON DƏQİQƏ
"Cəbrayıl"ın qapıçısı Ümid Cəfərovun Sport1.az-a müsahibəsi...
- I Liqanın son turunda “Zaqatala” üzərində əzmkar qələbə qazandınız. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?
- Şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq. Qazandığımız 3 xal bizim üçün çox vacib idi. Çətin oyun oldu. Məşqçimizin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirərək nəticədə qalib gəlməyi bacardıq.
- Görüşün ən yaxşılarından biri də sən idin. Öz performansınla bağlı nə deyə bilərsən?
- Hər oyun komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Öz üzərimdə çox işləyirəm. Növbəti mövsüm yenə bu tempdə davam edərək ən yaxşılardan olacağıma əminəm.
- Artıq mövsümü bu oyunla başa vurdunuz. Bu il sizin adınıza necə keçdi?
- Enişlər, çıxışlar çox olsa da, I Liqada qalmaq uğrunda mübarizəni uğurla başa vurduq. Düşünürəm ki, mövsüm bizim adımıza çətin keçsə də, əziyyətimizin bəhrəsini gördük.
- Gələn mövsümdəki planlarınız nədir?
- Daha yuxarı pillələr uğrunda mübarizə aparmağı düşünürük. Yalnız bu məqsəd uğrunda döyüşüb, əlimizdən gələni etməyə çalışacağıq.
EMİN ZEYNALLI