son dəqiqə SON DƏQİQƏ

“Zaqatala”nın afrikalısı özünü yorğun hiss edir - AÇIQLAMA

Bölmə adı I Liqa
Yayımlandı 27-05-2025, 20:15

I Liqada mövsüm başa çatdı. Turun son matçında “Cəbrayıl” “Zaqatala”nı 1:0 hesabı ilə məğlub etdi.

Qarşılaşmadan sonra qonaqların üzvü Jan Pol Assumu oyunla bağlı fikirlərini Sport1.az-a bölüşdü:

"Çətin görüş oldu. Buraxdığımız səhvlərə və bəzi çətinliklərə görə məğlub olduq."

Qabonlu hücumçu növbəti mövsümlə bağlı fikirlərini də danışdı:

"Bu il bizim üçün çətin keçən anlarla yadda qaldı. Çox yorğunuq. Komanda olaraq dincəlməyə çox ehtiyacımız var."

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR