son dəqiqə SON DƏQİQƏ

Bellinqem klublararası dünya çempionatından sonra...

Bölmə adı Futbol
Yayımlandı 21-05-2025, 13:13

Cud Bellinqem klublararası dünya çempionatından sonra çiyin əməliyyatı keçirəcək.

Sport1.az xəbər verir ki, “Real” və İngiltərə millisinin yarımmüdafiəçisini 2023-cü ilin noyabrından bəri çiyinindəki zədə narahat edir.

Bu müddət ərzində o, xüsusi bandajla oynayır. Əməliyyat 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək klub dünya çempionatından sonra planlaşdırılıb. “Real” H qrupunda “Əl-Hilal”, “Pachuca” və “Red Bull Zalsburq”la qarşılaşacaq.

Ekspertlər bildiriblər ki, Bellinqem əməliyyatdan sonra təxminən 12 həftə futboldan kənarda qalacaq. Bu da onun La Liqa 2025/26 mövsümünün startını buraxacağı deməkdir.

Əməliyyatın bu mövsüm Ferlan Mendi, Antonio Rüdiger və Eder Militaonun da müalicə olunduğu klinikada baş tutacağı gözlənilir.

Cari mövsümdə 21 yaşlı futbolçu La Liqada 31 oyunda 9 qol və 8 assistlə yadda qalıb.

Müəllif: Sport1.az