son dəqiqə SON DƏQİQƏ

"Şamaxı"nın futbolçusu oyun başlamamış zədələndi

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-05-2025, 17:10

"Şamaxı" klubunun futbolçusu Maykl Tuik zədələnib.

Sport1.az xəbər verir ki, 32 yaşlı hücumçu "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının XXXV tur matçından əvvəl məşq vaxtı xəsarət alıb.

Adı start heyətində olan braziliyalı forvardı Murad Vəliyev əvəzləyib.

Müəllif: Sport1.az