son dəqiqə SON DƏQİQƏ

"Sabah" "Zirə"nin qələbə seriyasına son qoya biləcəkmi? - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 17-05-2025, 14:54

Misli Premyer Liqasında 35-ci turun mərkəzi oyunu Zirədə baş tutacaq.

Sport1.az xəbər verir ki, yerli komanda "Sabah"ı qəbul edəcək.

Görüş artıq gümüş medalı təmin edən meydan sahibləri üçün formal xarakter daşıyır. 44 xalla 5-ci sırada yer alan qonaqlar isə xal ehtiyatını artırmaqla 49 xalı olan "Turan Tovuz"a çatmaq üçün və ya mövqeyini 4 xal gerisində olan "Neftçi"dən qorumaq üçün sərfəli nəticə əldə etməlidir.

Bu tərəflər arasında 27-ci qarşılaşma olacaq. Tərəflər arasındakı son 2 oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Öncəki 26 oyunun 8-də "qartallar" qalib gəlib, 10-da isə "bayquşlar" 3 xala sevinib. 8 matçda isə 90 dəqiqə sülhlə yekunlaşıb.

Bu oyuna qədər Zirə təmsilçisi rəqib qapısına 28 dəfə yol tapıb. Masazır klubu isə 31 qol vurmaqla buraxılan topların əvəzini artıqlaması ilə çıxıb.

"Zirə" 5 oyundur ki, heç bir komandaya məğlub olmur. Sizcə, "Sabah" bu uğurlu statistikaya son qoya biləcək?

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR