son dəqiqə SON DƏQİQƏ

Mahir Emreli son oyunda meydana çıxacaq

Bölmə adı Futbol
Yayımlandı 17-05-2025, 13:13

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundakı sonuncu matçına start heyətində başlayacaq.

Sport1.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Kicker" nəşri məlumat yayıb.

Komanda mayın 18-də, Bakı vaxtı ilə saat 17:30-da "Ayntraxt" (Braunşveyq) komandasının qonağı olacaq.

Qeyd edək ki, azərbaycanlı oyunçunun "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Daha əvvəl II Bundesliqa təmsilçisi Emreli ilə yeni sözləşmə bağlamayacaqlarını açıqlayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR