son dəqiqə SON DƏQİQƏ

İngiltərə klubu onun üçün 75 milyon avro ödəyir

Bölmə adı Futbol
Yayımlandı 17-05-2025, 10:40

"Arsenal" "Sportinq"in hücumçusu Viktor Qyökereşi heyətinə qatır.

Sport1.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu artıq 26 yaşlı futbolçu ilə 8,3 milyon avro maaşla 4 və ya 5 illik müqavilə razılaşdırıb. Öz növbəsində "Sportinq" 75 milyon avro təzminat alacaq.

Qeyd edək ki, bu mövsüm Qyökereş bütün turnirlərdə 50 oyun keçirib, 52 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Müəllif: Sport1.az