son dəqiqə SON DƏQİQƏ

İtaliya nəhəngindən yeni qərar

Bölmə adı İtaliya
Yayımlandı 16-05-2025, 18:45

“Lazio” icarə əsasında heyətinə cəlb etdiyi Nuno Tavares ilə bağlı qərar verib.

Sport1.az xəbər verir ki, Seriya A klubu portuqaliyalı oyunçunun müqaviləsində yer alan satınalma şərtindən istifadə edəcək. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.

“Lazio” təcrübəli müdafiəçini heyətində daimi saxlamaq üçün “Arsenal”a 9 milyon avro ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu icarə müddətində 28 oyuna çıxıb. Nuno bu qarşılaşmalarda qol vura bilməsə də 9 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, qış “transfer pəncərəsi”ndə “Arsenal”dan icarə əsasında komandaya gətirilən Tavaresin icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR