son dəqiqə SON DƏQİQƏ

“İnter Mayami”də yeni müqavilə

Bölmə adı Digər Liqalar
Yayımlandı 15-05-2025, 20:51

“İnter Mayami” ulduz futbolçu ilə yeni müqavilə imzalayıb.

Sport1.az xəbər verir ki, MLS təmsilçisi Cordi Albanın müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçi ilə 2027-ci ilin sonuna qədər nəzərdə tutulan kontrakt imzalanıb.

Qeyd edək ki, ispaniyalı oyunçu bu mövsüm “İnter Mayami” forması ilə meydana çıxdığı 17 oyunda 1 qolun, 3 məhsuldar ötürmənin müəllifi olub.

Müəllif: Sport1.az