son dəqiqə SON DƏQİQƏ

"Mançester Yunayted"in hücumçusu Türkiyə klubuna keçir?

Bölmə adı Futbol
Yayımlandı 15-05-2025, 17:31

"Fənərbaxça" heyətinə yeni hücumçu cəl etməyi planlaşdırır.

Sport1.az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, Super Liqa klubu "Mançester Yunayted"də çıxış edən Rasmus Hoylunu gündəminə alıb.

İstanbul təmsilçisi danimarkalı forvard üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq. "Fənərbaxça"nın planı 22 yaşlı futbolçunu satınalma bənd ilə icarəyə götürməkdir.

Qeyd edək ki, Rasmus Hoylun bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 49 oyunda 10 qol vurub, 4 assist edib.

Müəllif: Sport1.az