PSJ finalda - YENİLƏNİB

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 8-05-2025, 00:56

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir finalçısı müəyyənləşdi.

Sport1.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Fransanın PSJ komandası İngiltərə "Arsenal"ını qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Parisdəki "Park de Prens" stadionunda təşkil olunan qarşılaşmaya almaniyalı baş hakim Feliks Tsvayer təyinat alıb.

Ötən həftə bu komandalar arasında Londondakı ilk matçda PSJ qələbə qazanıb - 1:0.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab görüşü

23:00. PSJ (Fransa) 2 - 1 “Arsenal" (İngiltərə)
Qol: Fabian Ruiz 27’, Əşrəf Hakimi 72’
Bukayo Saka 75’

Müəllif: Sport1.az