"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.
Sport1.az xəbər verir ki, görüş zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə Ağdam təmsilçisinin birgə təşkilatçılığı ilə baş tutub.