“Qalatasaray”dan Musleranın yerinə yeni namizəd

Bölmə adı Türkiyə
Yayımlandı 1-05-2025, 20:41

“Qalatasaray” mövsümün sonunda komandadan ayrılması gözlənilən Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir.

Sport1.az xəbər verir ki, “Cim-Bom” “Santos”un “qapısı”nı qoruyan Qabriel Brazaonu da namizədlər arasına alıb. Bu barədə “TNT Sports” məlumat yayıb.

“Sarı-qırmızılar”ın Braziliya klubu ilə danışıqlar apardığı, amma hələ ki, rəsmi təklif göndərmədiyi qeyd olunub.

Bu mövsüm “Santos” forması ilə 19 oyuna çıxan 24 yaşlı qolkiper 25 qol buraxıb və 4 qarşılaşmada qapısından top buraxmayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR