Gürcüstanda "Batumi Cup Youth International 2026" beynəlxalq turniri keçirilib.
Sport1.az xəbər verir ki, Azərbaycanın yeniyetmə idmançıları həmin yarışda 3 yaş kateqoriyası üzrə mükafatçılar sırasında yer alıblar.
Murad Qarayev - Aidə Qurbanova (U-11 qarışıq qoşa), Murad Qarayev - Doğan Ayan (Türkiyə) U-11 qoşa oğlanlar, İsmayıl Qarayev - Zülfüqar Kərimli (U-13 oğlanlar qoşa), Ömər Mehdi (U-15 oğlanlar fərdi) və Yusif Kamalov - Ömər Mehdi (U-15 oğlanlar qoşa) qızıl medal qazanıblar.
Murad Qarayev (U-11) və Yusif Kamalov (U-15) oğlanların, Banu İbrahimli (U-15) isə qızların fərdi yarışında gümüş medala layiq görülüb.
U-15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi - Ayla Zeynalova cütü də gümüş medalçılar sırasında qərarlaşıb.
Aidə Qurbanova - Melis Demir (Türkiyə) U-11 qoşa qızlar, İsmayıl Qarayev, Zülfüqar Kərimli (U-13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U-13 qızlar şəxsi), Zülfüqar Kərimli - Dəniz Əhmədli, İsmayıl Qarayev - Lalə İsmayılova, (U-13 qarışıq qoşa) və Dəniz Əhmədli - Lalə İsmayılova (U-13 qoşa qızlar) yarışın bürünc medallarına sahib çıxıblar.