SON DƏQİQƏ
Avqustun 27-dən 29-dək “Sea Breeze” istirahət kompleksində təşkil ediləcək çimərlik güləşi üzrə beynəlxalq turnirləri idarə edəcək hakimlərin adları açıqlanıb.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.
Avqustun 27-də baş tutacaq U-17 Dünya Çempionatında ölkəmizi milli dərəcəli referilər Rəvan Rəcəbovla Ceyla Nağızadə təmsil edəcəklər. Onlar matçları idarə etməklə bərabər, beynəlxalq dərəcəli hakimlik dərəcəsi almaq üçün sınaq imtahanında da güclərini yoxlayacaqlar.
Avqustun 28-dən 29-dək reallaşacaq Dünya Seriyasının IV mərhələsində isə I-S dərəcəsinə malik referilər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə gərgin qarşılaşmalarda ədaləti təmin edəcəklər.
Ümumilikdə U-17 dünya çempionatında 20, Dünya Seriyasının IV mərhələsində isə 13 hakim fit çalacaq.