"Qarabağ" ÇSKA-nın (Sofiya) yarımmüdafiəçisi Ceyms Etonun transferi üçün danışıqlara başlayıb.
Sport1.az "Africafoot" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin kamerunlu üçün ilk təklifi Bolqarıstan klubu tərəfindən qəbul edilməyib.
O, 2025/26 mövsümündə etdiyi məhsuldar ötürmələrlə diqqət çəkib.
Kamerun millisinin üzvü bu yaxınlarda ÇSKA ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb.
Oyunçunun özü də "Qarabağ"da forma geyinməyə maraqlıdır. Hazırda tərəflər "hərbçilər"in qərarını gözləyir.
Eto ilə "Ludoqorets" (Bolqarıstan) və "Gent" (Belçika) klubları da maraqlanır.
Xatırladaq ki, "köhlən atlar" UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya uduzub.
