UEFA Konfrans Liqasının pley-offunda "Tvente" ilə qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub.
Sport1.az xəbər verir ki, öncə Bakıda "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.
54 yaşlı mütəxəssis avqustun 19-da, saat 11:00-da "Azəsun Arena"da jurnalistlər önünə çıxacaq.
Komanda oyundan bir gün əvvəl, günorta saatlarında Niderlanda yollanacaq.
"Tvente" - "Qarabağ" dueli avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.