Misli Premyer Liqasının 1-ci turunun "Sumqayıt" - "Neftçi" matçında (1:3) qırmızı vərəqə aldıqdan sonra meydandan qovulan Səbuhi Abdullazadə əli ilə dəhlizin şüşəsini sındırıb.
Sport1.az xəbər verir ki, nəticədə, futbolçu ayağından xəsarət alıb.
Ciddi zədə alan yarımmüdafiəçinin bu gün əməliyyat olunacağı bildirilib.
24 yaşlı oyunçunun karyerasını bitirmək təhlükəsi ilə üz-üzə olduğu iddia edilib.