son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

"Biz çempionatı bacardığımız qədər yüksək pillələrdə bitirmək istəyirik"

Bölmə adı Zirə
Yayımlandı 17-08-2026, 11:18

"Zirə" Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turunda "Şəfa"nı məğlub etdi - 2:0.

"Qartallar"ın futbolçusu Anje Mutsinzi həmin qarşılaşmadan sonra sualları cavablandırıb

Sport1.az müdafiəçinin müsahibəsini təqdim edir:

"Şəfa"nı 2:0 hesabı ilə məğlub edərək mövsümə uğurlu start verdiniz. Qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdik. Görüş ərzində çalışırdıq ki, pressinq tətbiq edək. Düşünürəm ki, layiqli qələbə qazandıq. 3 xal əldə etdiyimiz üçün məmnunuq.

Bu, "Şəfa"nın cari mövsümdə ilk, sizin isə beşinci rəsmi oyununuz idi. Yəni, rəqib sizin nəyə qadir olduğunuzu bilirdi. Bu məqamın "Zirə"nin əleyhinə olduğunu söyləmək mümkündür?

- Bəli, bu, müəyyən qədər əleyhimizə idi. Avrokuboklarda dörd oyun keçirmişdik. Rəqib isə Premyer Liqaya yeni vəsiqə qazanıb. "Şəfa"nın oyunu barədə geniş məlumatımız yox idi. İlk 15 dəqiqədən sonra artıq necə oynayacaqlarını hiss etdik. Bu, qalan dəqiqələrdə bizə kömək oldu. Hesabda geri düşdükdən sonra rəqib pressinq tətbiq etmək istəyirdi. Bununla belə, vurduğumuz qollarla layiqli qələbə qazandıq. Artıq qarşıdakı matçlara baxacağıq.

"Zirə" "Payde" şokundan ayılıb? Bu klubun "Rapid"lə matçlarını izlədiniz? Sizcə, "Payde"nin yerində “Zirə” olsaydı, hansı nəticə qeydə alınardı?

- Həqiqətən də "Payde"yə məğlubiyyət bizim üçün şok idi. Mübarizəni ikinci mərhələdə dayandırmağımız gözlənilməz olmuşdu. Lakin "Rapid"lə qarşılaşsaydıq, necə olardı, bu barədə bir söz deyə bilmərəm.

"Zirə"nin cari mövsümdəki hədəfi nədir?

- Hədəflərimiz dəyişməyib. Həmişəki kimi, hər oyuna 3 xal üçün çıxacağıq. Çempionatı bacardığımız qədər yüksək pillələrdə bitirmək istəyirik. Məqsəd ilk 3-4 komanda arasında olmaqdır.

Növbəti tur "İmişli" ilə qarşılaşacaqsınız. Maraqlıdır ki, ötən mövsüm bu komanda ilə hər üç matçınız heç-heçə bitmişdi...

- Biz hər oyuna 3 xal gözü ilə baxırıq. Düşünürəm ki, "İmişli"yə qarşı görüş də asan olmayacaq. Hər matç finala bərabərdir. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR