son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

"Hansı komandanın büdcəsi daha çoxdursa, onlar yuxarı sıralardadır"

Bölmə adı Kəpəz
Yayımlandı 16-08-2026, 12:38

"Sabah"la oyuna yaxşı hazırlaşmışdıq. Mövsümə yeni baş məşqçi və futbolçularla start verdik. Buna baxmayaraq, ilk matçımız pis alınmadı".

Bu sözləri Sport1.az-a açıqlamasında "Kəpəz"in kapitanı Əli Səmədov deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının 1-ci turunun "Sabah"la qarşılaşmasından sonra (0:2) "bayquşlar"ın çıxışından söz açdı:

"Sabah"ın gücünə bələdik. Həm əsas, həm də 2-ci heyəti bərabər səviyyəli komandalardır. Döyüşdük, vuruşduq. Bizim də şanslarımız oldu".

O, növbəti turun "Qarabağ"la oyunu barədə fikirlərini bölüşdü:

"Əsas məqsədimiz komandada ailə mühiti yaratmaqdır. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Ağdam təmsilçisi ilə oyunda xal və ya xallar qazana bilərik. Həmin duelə maksimum ciddi hazırlaşacağıq.

Gəncədə möhtəşəm stadionumuz var. Düzü, "Sabah"la oyun orada olmalı idi. Bu, rəqibin UEFA Çempionlar Liqasındakı çıxışına görə baş tutmadı. 3-cü turun "Turan Tovuz"la görüşünü evimizdə keçirəcəyik. Daha yaxşı nəticələr qazanacağıq".

Əli Səmədov, "Mövsümün sonunda komandanız yarışı neçənci pillədə bitirmək gücünə qadirdir?" sualını belə cavablandırıb:

"Çempionatda çıxış edən bütün komandalarla qarşılaşmalıyıq. İlk tur belə rəqiblə üz-üzə gəlmək bizim üçün də sınaq oldu. Xal və xallar arxasınca getməliyik.

Bütün komandalar güclənib. Buna baxmayaraq, orta pillələrdə qərarlaşmalıyıq. Bəzi reallıqlar var. Avrokuboklara vəsiqəni təmin edən pillələr uğrunda mübarizə aparacağımızı demirəm. Hansı komandanın büdcəsi daha çoxdursa, onlar yuxarı sıralardadır".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR