Serbiyada boks üzrə U-19 Avropa Çempionatı keçirilir.
Sport1.az xəbər verir ki, yarışın ikinci günündə daha 3 boksçumuz yarışa qələbə ilə başlayıb.
Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27).
O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.
Şahin Aslanov (65 kq) startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb - 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27).
Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Adil Zalov (75 kq) ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb.
Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.
Hər 3 görüş avqustun 16-da baş tutacaq.
Çempionatın ilk günündə də millimizin 3 boksçusu qələbə qazanıb.