son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Kaxaber Tsxadadze: “Komandada böyük potensial gördüm”

Bölmə adı Qəbələ
Yayımlandı 14-08-2026, 23:34

Misli Premyer Liqasının I turunda “Turan Tovuz”a məğlub olan (0:1) “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, gürcüstanlı mütəxəssis görüş barədə düşüncələrini bölüşdü:

– Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Avrokuboklarda uğurlu nəticələr əldə edən “Sabah” və “Qarabağ”a növbəti mərhələdə də uğurlar diləyirəm. Bugünkü oyunda 3 xal qazanan “Turan Tovuz”un da haqqını vermək lazımdır. Maraqlı və bərabər mübarizə izlədik. İlk hissədə yol verdiyimiz bir səhvdən sonra rəqib fərqləndi. İkinci yarıda isə rəqibi sıxdıq, daha üstün futbol oynadıq. Sadəcə son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Biz bu heyətlə demək olar ki, ilk rəsmi matçımıza çıxırdıq. Yoldaşlıq görüşlərində birgə oynamamışdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. İnanıram ki, növbəti turlarda daha yaxşı nəticələr əldə edəcəyik. Bizi dəstəkləmək üçün uzaq məsafə qət edən azarkeşlərimizə də minnətdaram.

Təcrübəli çalışdırıcı ardınca jurnalistlərin suallarını cavablandırdı:

– İki mərkəz hücumçusu ilə oynamaq sevdiyiniz üslubdur, yoxsa digər futbolçuların yoxluğundan bu taktikaya üstünlük verdiniz?

– Meydana hücumameyilli heyətlə çıxmışdıq. İrəlidəki forvard cütlüyündən başqa, Bruno və Meşak kimi iki pleymeykerə şans verdik. Sərəncamımızda belə keyfiyyətli hücumçular ola-ola onları kənarda saxlamaq günah olardı. Təbii ki, bu taktika müdafiə xəttindəki futbolçuların üzərinə əlavə yük saldı. Bruno komandaya yeni qoşulduğu üçün fiziki baxımdan tam hazır deyil, bu səbəbdən onu əvəzlədik. Meşak isə arxa xəttə xeyli kömək etdi. Digər matçlarda fərqli sistemlərdən istifadə edə bilərik, amma bu gün seçdiyimiz taktika doğru idi. Sadəcə yaradılan imkanları qolla yekunlaşdıra bilmədik.

– Ehtiyat skamyada əsasən akademiyanın gəncləridir. Heyəti gücləndirmək üçün yeni transferlər gözlənilir?

– Heyətə çoxlu yetirməni cəlb edirik. Məsələn, Ziya Şəkərxanov matça çox yaxşı qoşuldu və oyunu canlandırdı. Ötən mövsüm də gənclərə yetərincə şans vermişdik. Bu gün də ehtiyat skamyamızda yer alan 6–7 futbolçunun yaşı 20–21 civarında idi, lakin rəqabəti artırmaq üçün güclənməyə ehtiyac var. Bəzi mövqelər var ki, ora təcili oyunçu lazımdır.

– Start heyətdə cəmi iki yerli futbolçunun yer alması nə ilə bağlıdır?

– Yerli futbolçulara əlbəttə şans verəcəyik. Bu gün belə bir heyətlə çıxmağı məqsədəuyğun saydıq. Bütün futbolçular hazır olmalıdır. Ötən mövsüm bəzən 5 yerli oyunçu ilə də çıxırdıq. Növbəti matçlardakı taktikadan və gedişatdan çox şey asılı olacaq.

– Yeni mövsümdə komandanın əsas hədəfi nədir?

– Komandada böyük işıq görürəm. Ötən mövsümü 3-cü pillədə bitirən rəqiblə başabaş oynadıq, hətta bəzi anlarda üstün tərəf idik. Çıxıb hər oyunda 3 xal üçün döyüşəcəyik. Bu cür xarakter göstərsək, istədiyimiz nəticələri əldə edə biləcəyik.

– I Liqadan gəlib Premyer Liqada iddialı olmaq psixoloji cəhətdən necə təsir edir?

– Həyat belədir, güclü olub mübarizə aparmalısan. Mənim kifayət qədər təcrübəm var, bu baxımdan heç bir problem yoxdur. Əsas odur ki, özümə və komandama inanıram.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR