AL: “Qarabağ”ın oyunlarının vaxtı açıqlanıb

Bölmə adı Avropa Liqası / Futbol
Yayımlandı 17-07-2026, 21:05

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – ÇSKA (Bolqarıstan) oyunlarının başlama saatları müəyyənləşib.

Sport1.az xəbər verir ki, ilk görüş iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR