Millimizin oyunçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-in müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
Sport1.az xəbər verir ki, hücumçumuzun komandası Lionel Messili "İnter"lə (Mayami) qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Nərimanın adı bu matçın protokoluna daxil edilməyib.
Son Dünya Çempionatının finalçısı isə oyuna sonradan daxil olub.