Əvəzedicilər Liqasının başlama tarixi məlum oldu

Bölmə adı Əvəzedicilər Liqası
Yayımlandı 11-07-2026, 22:53

Payız-yaz sistemi ilə təşkil olunacaq Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünün başlama tarixi müəyyənləşib.


Sport1.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.


Yeni mövsümdə turnirdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların əvəzedici komandaları mübarizə aparacaq.


Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünə avqustun 21-də start veriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR