son dəqiqə SON DƏQİQƏ
Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır - "Marafon"da daha bir hücumçu İdmançılarımız medal qazana bilmədilər - Azərbaycan I Liqası: II və III turun oyun cədvəlləri açıqlanıb "Şəmkir"dən günün ikinci transferi İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri

Fransa millisi heyətini açıqladı: ƏFSANƏVİ CÜDOÇU BAKIYA GƏLİR

Bölmə adı Cüdo
Yayımlandı 3-07-2026, 20:02

4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti müəyyənləşib.


Sport1.az xəbər verir ki, yığma fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. 


Komanda kişilərdə 5, qadınlarda isə 6 çəki dərəcəsində mübarizə aparacaq.


Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kq) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə titul uğrunda tatamiyə çıxacaq.


Fransa millisinin heyəti:


Kişilər
-60 kq – Luka Mxeidze, Romen Valadye-Pikar
-66 kq – Valid Xyar, Dayki Buba
-73 kq – Joan-Benjamin Qaba, Dayan Bulemtafes
-90 kq – Maksim-Qael Nqayap Hambu
+100 kq – Teddi Riner


Qadınlar
-48 kq – Şirin Bukli
-57 kq – Sara-Leoni Sizik
-63 kq – Klaris Aqbeqnenu, Manon Deketer
-70 kq – Klemans Em
-78 kq – Odri Tşeumeo, Kayla İssufi
+78 kq – Roman Diko, Lea Fonten


Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (-73 kq), Aleksis Matyö (-90 kq), Mateo Akiana Monqo, Tyeman Diabi (hər ikisi+90 kq), həmçinin Marta Favaz (-57 kq) yer alacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR