"İmişli"nin futbolçusu mükafatlandırıldı

Bölmə adı I Liqa
Yayımlandı 18-04-2025, 17:29

I Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.
Sport1.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Mart ayının ən yaxşı qolunun müəllifi adını Pablo Alveş qazanıb. "İmişli"nin futbolçusu XXII turun "Qəbələ" ilə ev qarşılaşmasından əvvəl təltif olunub. Ona mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Müəllif: Sport1.az