
"Turan Tovuz"un hücumçusu Joarlem Santos Avropa Portuqaliya klubunun maraq dairəsinə düşüb.
Sport1.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, "Braqa" bir müddətdir 31 yaşlı forvardın çıxışını yaxından izləyir.
Xəbərdə bildirilir ki, təcrübəli futbolçuya təkcə Portuqaliyadan deyil, həmçinin Braziliya, Çin və Cənubi Koreya klublarından da maraq var.
Joarlem Santos bu mövsüm meydana çıxdığı 29 qarşılaşmada 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.